Cümə , Noyabr 14 2025
azfa

Bəluçistanda 3 Sepah terrorçusu öldürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 14-ü günorta saatlarında Sistan və Bəlucistan əyalətində terror təşkilatı olan Sepah üzvləri ilə etnik bəluclar arasında silahlı qarşıdurma baş verib.

Bu barədə bəluc fəalları sosial media şəbəkələrində xəbər və videolar paylaşıblar.

Məlumata görə, əyalətin İranşəhr şəhərinin Çahcamal bölgəsində baş verən qarşıdurmada 3 Sepah terrorçusu və iki bəluc ölüb, bir neçə nəfər isə yaralanıb. Öldürülən bəlucların Kazım və Bahadur adlı iki qardaş olduğu qeyd edilib.

Silahlı qarşıdurma Sepah məmurlarının Çahcamal bölgəsində yaşayış binasına atəş açmalarından sonra başlanıb. Əyalətin polis rəisi Dostəli Cəlilian isə silahlı qarşıdurmanın baş verməsini təsdiq edib və hökumət məmurlarının narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirdiyini söyləyib.

O, iki polisin yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirib, lakin tərəflərin insan itkisi barədə heç nə deməyib.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …