Cümə , Dekabr 6 2024
azfa

Bəşar Əsədə müxalif qüvvələr bir çox strateji bölgələri azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə meyilli və Əsədə müxalif qüvvələr Hələb və Ədlibin ətrafındakı çox sayda strateji bölgəni azad ediblər. Artıq XanTumanın da azad edildiyi bildirilir.

Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən islamçı qruplar Suriyanın şimal-qərbində gözlənilməz hücuma keçib. Bu, onların 2020-ci ildən bəri ilk böyük əməliyyatıdır. Bu barədə “Bild” nəşri yazıb.

Nəşrin məlumatına görə, silahlı qruplaşmaların hücumu nəticəsində Hələbdən Xüms və paytaxt Dəməşqə gedən strateji M5 magistralı təhlükə altına düşüb.

“Döyüşlər İdlib əyalətinin Sarakib şəhəri yaxınlığında da başlayıb. Silahlılara 2017-ci ildə Əl-Qaidədən ayrılan “Həyat Təhrir əş-Şam” qruplaşması rəhbərlik edir”, – məlumatda qeyd olunub.

“Bild” yazır ki, islamçıların hazırkı hücumu nəticəsində öldürülənlər arasında Suriya ordusu tərəfində döyüşən keçmiş “Vaqner” özəl hərbi şirkətindən olan rus muzdluları da var.

Teleqram kanallarının məlumatına görə, əməliyyatlar zamanı öldürülən rus hərbçilərinin sayı 90-a yaxındır.

Qeyd edək ki, hazırda Suriya ordusunun Rusiya aviasiyasının dəstəyi ilə “Təhrir əş-Şam”a qarşı hücuma keçdiyi və şiddətli döyüşlər getdiyi bildirilir. “Təhrir əş-Şam”ın “türkiyəyönlü qruplaşma” ilə birgə hərəkət etdiyi barədə iddia yayılsa da, Türkiyə ekspertləri bunu təkzib edib.

Həmçinin yoxlayın

Suriyada müxaliflər Həmanı azad etdi

GADTB: “Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvləri Suriyanın Həma şəhərinə daxil olduqlarını açıqlayıblar. Əsəd rejiminə məxsus …

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …