Cümə axşamı , Dekabr 2 2021
azfa

Bəzi Alban soyadlarının mənşəyi haqqda

GADTB: Abasyan və Melik-Abasov: Bu erməni soyadının kökündə türkmənşə- li Abas şəxs adı dayanır. Abas şəxs adının ərəb mənşəli Abbas şəxs adı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Abas şəxs adının türk dillərində abıs, apas, abız, avaz formaları məlumdur. Mənası savadlı, bilikli deməkdir. Tatarlarda, qaraqalpaqlarda, peçeneq və başqırdlar- da Avaz, Apaz, Abas şəxs adları ilə müqayisə etmək olar.

1836-cı ildə Alban kilsəsinin müstəqilliyi Rusiya tərəfindən rəsmi ləğv edilərək Eçmiədzin katolik kilsəsinin tabeçiliyinə verildi, albanların bir hissəsi öz xristian dinindən imtina etməyərək tədricən erməniləşdilər, bir hissəsi isə islam

dinini qəbul edərək öz milli mənsubiy- yətlərini  türklüklərini qoruyub saxladılar.

Erməniləşdirilən həmin albanlarda nəslin ruhani mənsubiyyətini bildirmək üçün onların soyadlarının önünə “Ter”

prefiksi (məsələn, Ter-Qriqoryan, Ter-Petrosyan və s.) artırılırdısa və bu da, əsasən, “keşiş ata” anlamına gəlirdisə (yeri gəlmişkən, ermənilər keşişə “terter” deyirlər), alban mənşəli ermənilərin digər bir hissəsinin isə soyadının əvvəlinə, əsasən, zadəgan titulu olan məlik (erməni əlifbasında “ə” səsi olmadığı üçün “melik” şəklində) prefiksi (sözün əvvəlində gəlib, onun leksik və ya qrammatik mənasını dəyişən morfem) əlavə olunur. Bu soyadın əsasən Zəngəzur-Qarabağ mənşəli insanların soyadında geniş yayılması da onun alban xristian türklərinə məxsus olmasını təsdiq edir. Yeri gəlmişkən, sonralar

bir hissəsi islamı qəbul edən həmin xristian alban türkləri soyadlarında məlik titulunu saxlamaqda davam etdilər, məsələn, Məlik-Abasov, Məlik-Yeqanov, Məlik-Ağalarov, Məlik-Aslanov, Məlik-Paşayev, Məlik-Kərəmov və.s

Eramızın 551-595-ci illərində Alban katolikosu olmuş Abas (Ter-Abas) həmin adın daşıyıcısıdır.

Moskva vilayətində tarix müəllimi işləyən Ruslan Kaçaxoviç Abasyan, 1982-ci ildə Qərbi Azərbaycanın Talın mahalının Siçanlı kəndində doğulmuş erməni müğənnisi Hacı Abasyan, Rusiyanın Samara vilayətində ingilis dili müəllimi

işləyən Qayane Surikovna Abasyan və b. bu soyadı daşıyırlar.

Abazyan:

Abazyan erməni soyadı türk dillərinə xas olan ab və az komponentlərindən düzəlmiş “abaza” isimindən eliziya hadisəsi, yəni sonuncu hecadakı saitin düşməsi yolu ilə düzəldilmişdir.

Ab/ap komponentinə türk, türkmən, qırğız, qazax, qaraqalpaq və altay dillərində aba, abışka, apa, apay sözlərində rast gəlinir.

Peçeneq və albanlarda Abas adı ilə müqayisə edilə bilər. İkinci ehtimala görə, Abazyan erməni soyadı küt, qanmaz, yaramaz və əbləh mənalarında olan türkmənşəli abaza isimindən düzəldilmiş- dir. Öncə “abaza” sözü ləqəb (ayama) kimi işlənmiş, sonralar isə şəxs adına çevrilmişdir.

Tarixi məlumatlara görə Alban dövləti ərazisində yaşayan etnoslardan birinin adı abaza olmuşdur.

Teatr və kino aktyoru Gevork Nikolayeviç Abazyan, kənd təsərrüfatı elmləri namizədi Sergey Poqosoviç Abazyan və b. bu soyadı daşıyırlar.

Ağvanyan:

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli Ağvan//Ağban etnotoponi- mindən düzəldilmişdir. Əslində, Ağvan

bu gün Alban dediyimiz etnotoponimin erməni mənbələrindəki adıdır.

Qafan rayonu ərazisində günümüzə qədər gəlib çıxan Ağvan kənd adı ilə müqayisə oluna bilər.

Rusiyanın Kaluqa şəhərində fərdi sahibkar Artur Martunoviç Ağvanyan, İrəvan çəhərindən Aram Ağvanyan və b. bu soyadı daşıyırlar.

Albanyan:

Ə.Dəmirçizadə özünün “50 söz” kitabında Alban adının “al” və “ban” komponentlə- rindən ibarət olduğunu vurğulayır.

O, yazır ki, “al” sözü qədim Ural-Altay, Haldey (aysoru), Urartu və bir sıra Qafqaz dillərində “yüksək”, “yuxarı”, “şimal”,

daha əvvəllər isə “yüksək yer”, “dağ” mənalarında işlədilmişdir. Qəbələ rayonun Nic kəndində yaşayan udinlər (albanların qalıqları) indi də “yuxarı” mənasında “ala” sözünü islədirlər.

“Ban” komponentinə “Dədə Qorqud” dastanlarında da rast gəlirik. Alban sözü qırğızlarda “olpo”, altay, türkmən, türk, xakas və yakut dillərində “alban”, uyğur və tuva dialektlərində “alvan” kimi işlədilir. Alban sözü ilə Quba rayonu ərazisində yerləşən Alpan kəndinin adı ekvivalentdir. Ermənilər Alban sözünü Ağvan kimi tərcümə etmişlər.

E.Sevortyan “alban” sözünün monqol mənşəli olduğunu iddia edir. Lakin bunun heç bir elmi əsası yoxdur. Çünki “alban” sözü monqolca “məcburiyyət”, “rəsmi vəzifə” və ya “xidmət”, “vergi”, “töycü”, “yasaq”//“qoruq” və ya “qadağa” mənaları daşıyır və bu, Ə.Dəmirçizadənin araşdırmalarına tamamilə ziddir. Bu soyad Sanvel Albanyan, Zarema Albanyan və b. kimi ermənilərin soyadında qeydə alınmışdır.

Aranyan və Aronyan:

Hər iki erməni soyadı Azərbaycan dilindəki türkmənşəli aran sözündən yaranmış Aran şəxs adından düzəldilmişdir.

Aran həm də qədim Alban dövlətinin əfsanəvi banisinin adıdır ki, Azərbaycan ərazisində uzun müddət mövcud olmuş Aran(Arran) dövləti məhz onun adını daşımış (qədimdə ölkələr hökmdarın adı ilə adlandırılırdı), sonralar da bu ərazinin türkmənşəli əhalisi məhz arran-aran adlanmış, arran//aran etnosu kimi tarixə düşmüşdür.

Aran etnosunun adını erməni tarixçisi Musa Xorenli də qeyd etmişdir. O yazır ki, “aran” etnosu onlardan sonra gələn

albanların əcdadları olmuşlar. Deməli, Aran//Aron şəxs adı albanlarda geniş yayılmışdı və albanların 1836-cı ildə erməniləşdiriməsindən sonra həmin şəxslərin törəmələri Aranyan//Aronyan soyadını qəbul etmişlər.

Orta hind dilində Albaniyanın adı Arran, parfiyalılarda isə Ardan formasında işlənmişdir. Albanlardan başqa, aran etnosundan uti, girdiman, savdey və qarqar tayfaları törəmişlər. Beləliklə, Aronyan soyadı Aran etnonimində qalın a saitinin “o” fonemi ilə əvəzlənməsi nəticəsində həm də “Aron” formasına düşmüş və ondan qeyd edilən erməni soyadı düzəldilmişdir. 2016-cı il Olimpiadasında ağırlıqqaldırma üzrə erməni idmançısı Qor Aranyan, erməni şahmatçısı, qrossmeyster Levon Qriqoryeviç Aronyan və b. bu soyadı daşıyırlar.

Əziz Ələkbərli,

Tarixçi Alim və

Millət Vəkili.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …