Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Bələdiyyə işçiləri tərəfindən işlərinə mane olunan səyyar satıcılar Təbrizdə etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə səyyar satıcılar bələdiyyə və polis məmurlarının onların işinə mane olmaları səbəbindən etiraz aksiyası keçiriblər.

Təbrizdə bir qrup səyyar satıcı fevralın 13-də bələdiyyə və polis məmurlarının onların mallarını əllərindən alması və işlərinə mane olmamalrı üzündən etiraz aksiyası keçiriblər.

Satıcılar bildiriblər ki, ağır yaşayış çətinlikləri ilə mübarizə apardıqları bir dönəmdə İran rejiminin məmurlarının onların çalışmasına imkan vermir, dəfələrlə müraciət etmələrinə baxmayaraq satıcılıq üçün onlara müəyyən bir yer ayrılmır.

Qeyd edək ki, İran rejiminin göstərişi ilə bələdiyyə işçiləri səyyar satıcıların işinə ciddi maneçilik törədib, onları döyür və mallarını məhv edirlər.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …