Cümə axşamı , Oktyabr 15 2026
azfa

Bəluçlar Çabəhar, Sərbaz və Rask şəhərlərində rejimin bir sıra polis və Sepah bölmələrinə hücum etdilər

GADTB: Silahlı şəxslərin Çabəhar şəhərində 12 saylı polis bölməsi də daxil olmaqla iki hərbi qərargaha hücum etdiyi və hazırda qarşıdurmanın davam etdiyi bildirilir.

Silahlı hücumun İran hökumətinə müxalif “Ceyş-əl-Ədl” və “Ceyş-əz-Zülm” qruplaşmaları tərəfindən həyata keçirildiyi bildirilir.

Dünən İran hökumətinə müxalif Ceyş əl-Ədl qruplaşması gecə saatlarında Çabahar şəhərində polis bölməsinə və Raskdakı SEPAH qərargahına silahlı hücum edib.

Məlumata görə, Sistan və Bəluçistan əyalətinin valisinin təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti bildirib ki, silahlı qarşıdurmada hökumət qüvvələrindən 5 nəfər öldürülüb.

Qeyd olunub ki, adıçəkilən qruplaşmanın isə ən azı 8 nəfər itkisi var. Gecə saatlarında baş verən silahlı toqquşmanın iki saatdan çox davam etdiyi bildirilib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …