Çərşənbə axşamı , İyul 15 2025
azfa

Babək qalasına yürüş edən azərbaycanlı fəallar saxlanılaraq dindiriliblər

GADTB: Babək qalasına yürüş edən azərbaycanlı gənc fəallar – Möhsün Möhsünzadə və Behzad Dəşti molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs ediliblər.

Rejimin qüvvələri onlardan Babək Xorrəmdinin doğum günündə bir daha Babək qalasında olmamağı öhdəsinə götürmələrini xahiş edib. Lakin saxlanılanlar bu qəsrin Azərbaycan millətinin kimliyinin, müqavimətinin simvolu olduğunu və burada olmağımıza heç kimin mane ola bilməyəcəyini bildirərək təhlükəsizlik qüvvələrinə cavab veriblər.

Möhsünzadə və Dəşti bir neçə saat məmurlar tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb və onların şəxsi əşyaları və sənədləri, o cümlədən avtomobilin sənədləri əllərindən alınıb.

Qeyd edək ki, azərbaycanlı fəallar bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə saxlanılıblar.

Həmçinin yoxlayın

İranla razılıq əldə olunmasa, “tətik mexanizmi” işə salınacaq

GADTB: Fransanın xarici işlər naziri Jan-Noel Barrot avqustun sonunadək İranla nüvə proqramı üzrə razılıq əldə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də “Əmr verildi – Moskvanı vurun!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …