
GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi beynəlxalq ictimaiyyətin İranın nüvə proqramının genişləndirilməsi ilə bağlı artan narahatlığına toxunaraq, Tehranın nüvə həddini keçməyə çox yaxın olduğu barədə xəbərdarlıq edib.
“İran məsələsi hər zaman BAEA-nın gündəliyindədir. Tehranın çox ambisiyalı və geniş nüvə proqramı var və bu proqram çərçivəsində İran uranı demək olar ki, nüvə silahı istehsalı səviyyəsinə yaxın bir həddə qədər zənginləşdirir”, – deyə, Rafael Qrossi vurğulayıb.
Qrossi qeyd edib ki, Tehran beynəlxalq öhdəliklərə əməl etməməklə gərginliyi artırıb. / Azad İran