Cümə , Oktyabr 16 2026
azfa

Bağmülkə sürgün edilən azərbaycanlı fəal Əlirza Fərşinin 20 günlük məzuniyyəti ilə razılaşıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda tanınmışazərbaycanlı fəal Əlirza Fərşi 2 illik sürgün cəzasını çəkmək üçün mayın 22-də Xuzistan əyalətinin Bağməlik şəhərinə göndərilib.

Azərbaycanlı fəal Bağmülkə sürgün edildkdən sonra həmin şəhərdə Ədliyyə binasına gələrək burada sürgündə yaşaya bilməsi üçün lazımı çərait yaratmaq məqsədilə 20 günlük məzuniyyət istəyuib. Ədliyyə İdarəsi isə onun məzuniyyət tələbini qəbul edib.

Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılaraq, Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. O, 2023-cü il fevralın 8-də azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …