Çərşənbə , Oktyabr 14 2026
azfa

Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olundu

GADTB: Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.

Bakının “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi keçirilir.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbirə ACES (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının) nümayəndə heyəti də qatılıb.

Qurumun prezidenti Qian Francesko Lupattelli, baş katib Huqo Alonso, Monako knyazlığının sabiq Təhsil, Gənclər və İdman naziri Isabelle Kladyo Aline Bonnal da çıxışlar edəcəklər.

Qeyd edək ki, 2025-ci ildə Dünyanın İdman Paytaxtı Monako şəhəri olub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …