Cümə , Oktyabr 16 2026
azfa

Bakı və İstanbulda aksiya: “Güney Azərbaycanın sivil aktivistlərinin işgəncəsinə son verilsin”

GADTB: Bakı və İstanbulda Güney Azərbaycanda molla rejiminin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə çoxsaylı bildirişlər dağıdılıb.

Beləliklə, molla rejimi tərəfindən həbs edilən azərbaycanlı fəallara azadlıq tələb edilib.

Molla rejimi on nəfərdən çox azərbaycanlı mədəni fəalı iki aydan artıqdır ki, həbs edib. Bu müddət içində vəkil tutmaq haqqından belə məhrum olan fəallar fiziki və psixoloji işgəncəyə məruz qalıblar.

İran rejiminin heç bir izahat vermədən azərbaycanlı fəallar  Məhəmmədrza  Müvəhhid, Mehrdad Qadiri, Babək Rəhməti, Cavad Sudbər, Araz İbrahimnejad, Murtuza Nurməhəmmədi, Əli Babai, Davud Şiri, Hüseyn Azadi, Nasir Rəzmcu, İbrahim Əvəzzadə və Əmirhüseyn Ağayinin müvəqqəti həbs müddətini bir ay daha uzatdı.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …