Bazar ertəsi , May 19 2025
azfa

Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

GADTB: Bu gün Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək. Bu barədə “Kan 11” telekanalı məlumat yayıb.

Bildirilib ki, görüş Bakının vasitəçiliyi ilə təşkil edilib. Görüş Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib.

Qeyd edək ki, bir müddət öncə İsrail Baş naziri Benyamin Netanyahunun Bakı səfəri regiondakı son proseslərdən dolayı təxirə salınıb.

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …