Cümə axşamı , Aprel 25 2024
azfa

Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq simpozium keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq simpozium keçirilir.

TÜRKPA, Azərbaycan Milli Məclisi və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən simpozium türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümü, İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünə həsr olunub.

Hibrid formatda (fiziki və onlayn iştirak) təşkil edilən tədbirdə üzv ölkələrdən parlamentarilər, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri, səfirlər və üzv ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak edirlər.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop simpoziuma videomüraciət ünvanlayıb.

Şentop videomüraciətində deyib:

​​”Türk dünyası içindəki həmrəyliyin gündən-günə güclənməsi və əməkdaşlığımızın inkişafı bizim üçün qürur mənbəyidir. Biz eyni dinə inanan, eyni dildə danışan, mədəniyyəti, tarixi bir olan 300 milyonluq çox böyük bir ailəyik. Siyasətdən iqtisadiyyata, müdafiədən diplomatiyaya, təhsildən mədəniyyətə, turizmdən enerjiyə qədər hər sahədə birlik, bərabərlik və həmrəylik içində olmağa çalışırıq.

Gələcəkdə Türk respublikalarının istiqbaldəki əsas məsuliyyəti aralarındakı əlaqələri daha da gücləndirmək, əməkdaşlığı inkişaf etdirmək və Türk sivilizasiyasının əbədi qalması üçün addımlar atmaqdır.

Şentop Azərbaycanın Qafqazın incisi olan Qarabağı (erməni) işğalından azad etmək üçün tarixi bir mübarizə apardığını vurğulayaraq deyib ki, qardaşlarımız cəbhədən bütün dünyaya inancları, ürəkləri, cəsarətləri və qətiyyətləri ilə ölkələrinin müstəqilliyinin və gələcəyinin ən böyük zəmanəti olduqlarını bəyan etdilər. Bir daha bildirmək istəyirəm ki, biz Türkiyə olaraq regional əməkdaşlıq təşəbbüslərimizi ölkələrimiz və xalqlarımızın mənafelərinə uyğun olaraq gələcəyə baxışımıza uyğun davam etdirməyə qərarlıyıq.

Həmçinin yoxlayın

Molla rejimin Apellyasiya Məhkəməsində Peyman Kərimpur barədə qərarı təsdiqləyib

GADTB: İrqçi fars-molla rejimin Apellyasiya Məhkəməsi Təbrizdə yaşayan azərbaycanlı fəal Peyman Kərimpuru 2 il 5 …

Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdamda Pənahəli xanın sarayını ziyarət etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti …