Cümə , Yanvar 10 2025
azfa

Baxımsızlıq üzündən Marağadakı tarixi Xudayari evi tamamilə məhv olmaq üzrədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi müstəmləkə siyasəti və ögey münasibəti nəticəsində Marağanın qiymətli abidələrindən biri olan Xudayari tarixi evi Xudayari evi tamamilə məhv olmaq üzrədir.

İran mədəni irs rəsmilərinin səhlənkarlığı və Azərbaycandakı tarixi abidələrin düşünülmüş şəkildə məhv edilməsi siyasəti ucbatından bu abidə dağılmaqdadır.

Marağanın Ohədi küçəsində, Hulakuxan xiyabanında, Göy günbəzin arxasında yerləşən tarixi Xudayari Evi gözəl bəzəkləri, zərif tağları və rəngli kərpicləriı ilə ənənəvi Azərbaycan memarlığının əzəmətini nümayiş etdirir.

Qeyd edək ki, irqçi fars-molla rejimin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda qəsdən tarixi abidələr baxımsız vəziyyətdə buraxılır. Bu da onların tədrici dağılmasına səbəb olur.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Süngün mədənində böyük mis ehtiyatları aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin taladığı Güney Azərbaycanın Süngün mədənində …

Urmuda keçirilən voleybol yarışında milli şüarlar səsləndirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dünən Güney Azərbnaycanın Urmiya şəhərində Durnalar Yuvası idman …