Bayden İsraili İrana qarşı hərbi əməliyyat cavabından çəkindirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Baydenin İsraili son anda İrana hərbi cavab əməliyyatlarından çəkindirdiyi bildirilir. Bildirilir ki, İsrailin F-35 təyyarələri uçuşa hazırlaşarkən Baydenin xahişi İsraili cavab əməliyyatından çəkindirib.

Qeyd edək ki, İsrail rəsmiləri ölkənin hərbi kabinet üzvlərinin bir çoxunun aprelin 14-də İranın raket və dronlarla etdiyi hücumlarına cavab tədbirləri görməyə qərar veridiyini bildiriblər. Bununla yanaşı, həm hücum, həm də müdafiə əməliyyatları üçün hərbi planlar təsdiq edilib.

İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və Müharibə Kabinetinin naziri Benni Qantzın qərar qəbul etmə səlahiyyətlərinə malik olduğu 5 nəfərdən ibarət kabinet dünən toplaşıb və növbəti danışıqlar üçün yenidən bir araya gəlməsi gözlənilir.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …