“Bayraktar TB3” 11-ci uçuş sınağını uğurla başa vurdu

GADTB: “Bayraktar TB3”ün qabiliyyətləri bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilikdir

“Bayraktar TB3” SİHA – silahlı pilotsuz uçuş aparatı 11-ci uçuş sınağını uğurla başa vurdu.

 “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial media hesabında etdiyi paylaşımda “Bayraktar TB3” SİHA-nın Sistem Performans Testi çərçivəsində 6 saat havada qaldığını və 11-ci uçuşunu uğurla başa vurduğunu yazıb.

“Bayraktar TB3” silahlı PUA qatlana bilən qanad quruluşu ilə “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatıdır.

Selçuk Bayraktar 2024-cü ildə “TCG Anadolu” gəmisində “Bayraktar TB3” üçün sınaqlara başlamağı planlaşdırdıqlarını açıqlayıb.

“Bayraktar TB3”ün qabiliyyətləri bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilikdir.

Türkiyə PUA-sı həmçinin uzaq məsafədən də idarə oluna bildiyi üçün görmə xəttindən kənar əlaqə imkanlarına malikdir. Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat, müşahidə və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici silah gücünə malik təsiri göstərəcək.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …