Şənbə , İyul 13 2024
azfa

BBC-nin farsca bölməsini idarə edən farslar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BBC-nin farsca bölməsini idarə edən farslar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdilər.

Ermənistanda keçirilmiş seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi ilə bağlı “BBC Persian”ın saytında dərc edilən xəbərdə Azərbaycanın ayrılmaz parçası olan Qarabağ Ermənistan ərazisi kimi təqdim edilib.

Dərc edilən materialda 2020-ci ildə iki ölkə arasında Qarabağda baş vermiş müharibəyə toxunulub və bu savaş nəticəsində “Ermənistanın öz torpaqlarından bir hissəsini itirdiyi” idda edilib.

BBC-nin farsca bölməsi Azərbaycanla bağlı həqiqətləri təhrif edərək yazıb: “İki ölkə arasında 6 həftə davam edən savaş minlərlə insanın ölümü, eləcə də Ermənistanın öz ərazisindən bir hissəsini itirməsi ilə nəticələndi”.

Qeyd edək ki, bu “BBC Persian”ın Azərbaycan Cümhuriyyətinə qarşı ilk belə yazısı deyil. İstər Azərbaycanın Uluslararası Birlik tərəfindən tanınan torpağı- Qarabağı azad etmək üçün keçirdiyi hərbi əməliyyatlar zamanı, istərsə də ondan sonra “BBC Persian”ın şovinist və irqçi fars millətçisi olan jurnalistləri Azərbaycana qarşı hər cür qarayaxma kəmpeyni aparırlar. İrqçi farslar harada varlarsa orada Azərbaycana qarşı fitnəkarlıq da var.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …