Çərşənbə axşamı , İyun 18 2024
azfa

Bennet: “İran göründüyündən də zəifdir”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İsrailin baş naziri Naftali Bennet ölkəsinin kəşfiyyat orqanlarının İran ərazisində keçirdiyi əməliyyatlarla bağlı “New-York Times” qəzetinə müsahibə verib.

Ötən gün baş tutan müsahibədə o bildirib ki, İran göründüyündən də zəifdir.

Amerikanın “SEPAH”ın terror təşkilatları siyahısından çıxarmamasını da yüksək qiymətləndirən Bennet qeyd edib ki, İranın atom danışıqlarından imtina etməməsi onun buna nə dərəcədə ehtiyacı olduğunun göstəricisidir.

İsrailin baş naziri əlavə edib ki, İran öz qüvvələri yaxud proksi qruplaşmaları vasitəsilə, ya da birbaşa İsrailə zərbə vuranda bunun bədəlini öz torpaqlarında, yəni İranda ödəyirlər.

“İranın göründüyündən də zəif olduğu aydın nəzərə çarpır. İran rejimi çürümüş, fasid və bacarıqsızdır”, – deyə Bennet kinayə ilə fikrini tamamlayıb.

Həmçinin yoxlayın

Təbriz əhalisinin vergi pulu ilə alınan metro vaqonları İsfahana aparılıb

GADTB: Təbriz əhalinin vergi pulu ilə alınan Təbriz metrosu üçün alınan metro vaqonları İsfahan şəhərinə …

Sayın Sara xanım Azərsunun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi ilə bağlı Avstraliya rəsmilərinə müraciətinə cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və …