Şənbə , Yanvar 17 2026
azfa

Beyəlxalq Məhkəmə İranın Türkmənistana 2 milyard dollar ödəməsinə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyəlxalq Məhkəmənin qərarı ilə İran Türkmənistana olan qaz borcuna görə 2 milyard dollar ödəməli olacaq.

İranın “İrna” agentliyi borcun böyük hissəsinin ölkənin 2007- 2013-cü illər arasında Türkmənistandan aldığı qaz nəticəsində yarandığını bildirib.

“Cavan qəzeti” isə yazıb ki, İranın Türkmənistana qaz borcu 2013-cü ilin sentyabrına qədər 500- 600 milyon dollar civarında olub. Lakin bu rəqəm 2016-ci ilə qədər 2 milyard dollara qədər artıb.

Bildirilir ki, İran Türkmənistana yaranmış borcunu Türkiyəyə ixrac etdiyi qazdan əldə edəcəyi gəlir hesabına ödəmək istəyirdi. Lakin məhkəmədə uduzduğuna görə İran Türkiyəyə pulsuz qaz verməli olacaq.

2017-ci ildə İranla Türkiyə arasında qaz qiyməti ilə bağlı yaranmış mübahisə də məhkəmənin qərarı ilə həll olmuşdu. Beynəlxalq Məhkəmə İranın Türkiyəyə 1.9 milyard dollar kompensasiya ödəməsinə qərar vermişdi. Buna görə.

“Cavan qəzeti” yazıb ki, hər gün borcun üzərinə təxminən 240 min dollar faiz gəlir və beləliklə İranın Türkmənistana borcu artmaqda davam edir.

Həmçinin yoxlayın

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək

GADTB: Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni …

İran etirazlarında ölənlərin sayı açıqlandı

GADTB: İranda 19 gündür davam edən etirazlarında öldürülən 2677 nəfərin kimliyi müəyyənləşdirilib. Bu barədə İran …

Bir cavab yazın