Cümə axşamı , Fevral 2 2023
azfa

Beynəlxalq Əfv Təşkilatı Hamid Qaraoğlaninin qeyd-şərtsiz sərbəst buraxılmasını istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı Urmiya zindanında həbsdə olan azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlaninin qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib. Təşkilat siyasi məhbusun təhlükəli qıcolmaları barədə də İran rejiminə xəbərdarlıq edib.

Beynəlxalq Əfv Təşkilatı bildirib ki, 28 iyul 1999-cu il tarixində Hamid Qaraoğlaninin tutulmasından bəri həbsxana məmurları fəalın ailəsinin mütəmadi olaraq zindana çatdırdığı dərmanlarının ona verilməsindən imtina edib.

Həbsxana rəhbərliyi siyasi məhbusa beyin və əsəb xəstəlikləri mütəxəssisinin müayinəsinin müayinəsindən keçməsinə də şərait yaratmırlar. Halbuki, o altı aydan bir müayinədən keçməlidir.

Qeyd edək ki, Urmiya sakini Hamid Qaraoğlaninin rejimin İnqilab Məhkəməsi tərəfindən 14 il bir ay həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Xoyun zəlzələ bölgəsinə yardıma gedəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandasının üzvləri zəlzələdən Xoyun zəlzələ …

Azərbaycanlı fəal və fotoqraf xanım şərti həbslə azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan əyalətinin Əbhər şəhərindən olan ictimai …