
GADTB: Dünən Beynəlxalq Əfv Təşkilatı molla rejimini həbs edərək edama məhkum etdiyi azərbaycanlı öyrənci Ehsan Fəridinin həyatını təhlükəyə atmamağa çağırıb.
Beynəlxalq Əfv Təşkilat bu barədə İranla bağlı məsələlər üzrə rəsmi “X” hesabında paylaşım edib.
Beynəlxalq Əfv Təşkilatının bəyanatında bildirilir ki, Təbriz Universitetinin 22 yaşlı öyrəncisi Ehsan Fəridi Təbriz İnqilab Məhkəməsi tərəfindən siyasi motivli ittihamlarla (dövlət quruluşuna və milli təhlükəsizliyə qarşı çıxmaq) ədalətsiz mühakiməyə məruz qalıb və hazırda edam təhlükəsi ilə üz-üzədir.
Beynəlxalq Əfv Təşkilatının bəyanatında həmçinin yazılıb: “İranda çox sayda insan, o cümlədən öyrənci Ehsan Fəridi ədalətsiz şəkildə mühakimə olunur və edam olunmaq riski ilə üz-üzədir. İran hakimiyyəti indi bütün edamları dayandırmalıdır!”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi