Bazar ertəsi , İyun 17 2024
azfa

Beynəlxalq Əfv Təşkilatıdan İranda etirazçılara qarşı qanlı repressiyalara son qoyma çağırışı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı molla rejiminin təhlükəsizlik orqanları və repressiya qüvvələrinin İranda dinc nümayişçilərə qarşı ölümcül zorakılığına son reaksiyasında beynəlxalq ictimaiyyəti bunun qarşısını almaq və insanların ümumölkə qiyamına dəstək olma kampaniyasına qoşulmaqla bağlı çağırış edib.

Beynəlxalq Əfv Təşkilatı bütün dünyada insanlardan dəstək almaq üçün hazırladığı petisiyada iştirak etməyi istəyib.

Təşkilatın  petisiyasında bildirilir ki, İranın təhlükəsizlik qüvvələri etirazçılara döyüş silahları və metal güllələrlə hücum edir: “Hazırda İranda cəzasızlıq böhranı hökm sürür və bu, İran hakimiyyətinə son illərdə yüzlərlə etirazçını öldürmək, minlərlə insana işgəncə vermək və narazıları qorxudaraq susdurmaq cəsarəti verib”.

Beynəlxalq Əfv Təşkilatı bildirib ki, İranda hökumət əleyhinə etirazların yatırılması zamanı İran dövlətinin “ən ağır cinayətləri”nə qarşı istintaq, hesabat və cavabdehlik vəzifələri olan müstəqil mexanizm yaradılmalıdır.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …