Beynəlxalq Əfv Təşkilatından azərbaycanlı alimin edam cəzası ilə bağlı xəbərdarlıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı bu gün İranın Məhkəmə-Ədliyyə Sisteminin rəisi Qulamhüseyn Möhsüni Ejeiyə göndərdiyi məktubda Tehranın Evin zindanında həbsdə saxlanılan ikili vətəndaşlığı olan azərbaycanlı alim Əhmədrza Cəlalinin edam riski ilə bağlı xəbərdarlıq edib.

Təşkilat İran hökumətindən dərhal Əhmədrza Cəlalini edam etmək planlarını dayandırmağı, onun ölüm hökmünü ləğv etməyi və azərbaycanlı alimin səhhətinə görə azad edilməsini tələb edib.

Qeyd edək ki, Əhmədrza Cəlali 2016-cı ildə İranda keçirilən akademik konfransda iştirak etdikdən sonra “İsrailin xeyrinə casusluq” ittihamı ilə həbs edilib. O, 2017-ci ildə İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …