Çərşənbə , Aprel 23 2025
azfa

Beynəlxalq Ana Dili Günü ilə bağlı Günüy Azərbaycanda tədbirlər davam edir

GADTB: Beynəlxalq Ana Dili Günü ilə bağlı Günüy Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəallar tərəfindən keçirilən tədbirlər davam edir.

Güney Azərbaycanın Təbriz, Ərdəbil, Urmiya, Marağa və Sulduz, Muğan, Xoyav, Ucan, Qoşaçay və s. şəhərlərində uşaqlara Azərbaycan türkcəsində uşaq kitabları paylanılıb.

Azərbaycanlı fəallar “Kimlik qalamız, ana dilimiz” şüarı ilə Ərdəbildə bir həftə boyunca uşaqlara türk dilində çap edilən kitablar paylayıblar. Güney Azərbaycanın digər şəhərlərində də oxşar tədbirlər keçirilib.

Təbriz Universitetinin türk dili və ədəbiyyatı bölümünün tələbələri “Beynəlxalq Ana Dili Günü” münasibəti ilə universitetdə hədiyyələr paylayıblar.

Paylanmış kiçik paketlərin üzərində həm türk, həm də ingilis dillərində “Ana Dili Günün qutlu olsun” yazılıb. Bağlamaların içərisində kağız parçaları da var ki, onların üzərində dil haqqında bayatı yazılıb:

 “Əzizinəm dilimdir,

Alma dilim-dilimdir.

Mən xoşbəxt eləyən,

Öz sevimli dilimdir.”

Həmçinin Güney Azərbaycan şəhərlərində ana dilinin önəmi barədə müxtəlif posterlər çap edilərək ictimai yerlərə yapışdırılıb.

Bir sıra Güney Azərbaycan şəhərlərində də şeir, musiqi və s. tədbirlər keçirilib.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə işi Ali Məhkəməyə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə …

Molla rejimi Təbrizdə qardaşlardan birinə “Elman” adına doğum haqqında şəhadətnamə versə də, digərinə “Elyar” adına doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bir ailənin uşaqlarının birinə “Elman” …