GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyi Atom Elektrik Stansiyası tikintisi üçün ərazini təsdiqləyib.
Bunu Qazaxıstanın energetika naziri Almasdam Satkaliyev deyib.
Onun sözlərinə görə, AES Almatı vilayətinin Jambıl rayonunun Ulken kəndinin ərazisində inşa olunacaq.
Qeyd edək ki, bir neçə gün öncə Almasdam Satkaliyev Qazaxıstanın Fransanın EDF şirkəti ilə AES tikintisi barədə danışıqlar aparmağa hazır olduqlarını bildirmişdi.