Cümə axşamı , Aprel 24 2025
azfa

Beynəlxalq Atom Enerjisi Agentliyinin İranla danışıqları nəticəsiz qalıb

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib ki, İranın nüvə proqramı ilə bağlı İslam Respublikasının yüksək vəzifəli rəsmisi ilə aparılan son danışıqlar nəticəsiz qalıb.

Bununla yanaşı Rafael Qrossi yaxın vaxtlarda Tehrana da gedə biləcəyini bildirib.

“Bu vəziyyət Tehran və Vaşinqton arasında gərginliyi azaltmaq üçün diplomatik həll yolunun tapılmasının nə qədər təcili olduğunu bir daha göstərir”,- o əlavə edib.

Rafael Qrossi danışıqlarının nəticəsiz qaldığı İran rəsmisinin kimliyini açıqlamasa da, indi çox kritik bir mərhələdə olduqlarını vurğulayıb.

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …