Cümə , Aprel 19 2024
azfa

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alimin qisas təhlükəsi ilə üz-üzə qaldığını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı iyunun 13-də Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı alim Əhmədrza Cəlali barədə təcili xəbərdalıq edib.

Təşkilat yaydığı bnəyanatda Tehran hökumətinin qısas məqsədilə həmin alimi edam edə biləcəyini bildirib.

Beynəlxalq Əfv Təşkilatı yenidən İranın Məhkəmə Sisteminin rəisi Qulamhüseyn Möhseni Ejeyini Əhmədrza Cəlalinin edam hökmünü ləğv etməyə və onu dərhal azad etməyə çağırıb.

Təşkilat Əhmədrza Cəlalinin həbsdə saxlanılmasını özbaşınalıq adlandıraraq, İran hökumətinin tədqiqatçı alimi girov götürdüyünü bildirib.

Beynəlxalq Əfv Təşkilatı hamıya çağırış edərək, edam hökmünü ləğv etmək və Əhmədrza Cəlalinin azadlığa çıxması üçün İranın Məhkəmə Hakimiyyətinin rəisinə məktub yazmağa çağırıb. Qurum bildirir ki, İran rejimi İsveçdə Həmid Nurinin mühakimə olunduğu üçün İran- isveçli vətəndaşı olan azərbaycanlı məhbusu edam etməklə hədələyir.

Qeyd edək ki, azərbaycanlı alim Əhmədrza Cəlali 2016-cı ildə İsveçdən rəsmi dəvətlə İrana elmi konfransa səfəri zamanı həbs olunub. Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb. Mayın 4-də İran mediası edama məhkum olunan və hazırda Evin zindanında həbsdə saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazmışdı.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …