Şənbə , Oktyabr 17 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı: “İran diplomatları Tehranın cinayətlərinin gizlədilməsində mühüm rol oynayıb”

GADTB: Beynəlxalq Əfv Təşkilatı İranda islam inqilabının ildönümü münasibətilə bəyanat yayıb. Bəyanatda İran doplomatlarının Tehran rejiminin cinayətlərini, o cümlədən 1988-ci ildə siyasi məhbusların kütləvi edamını ört-basdır etməyə çalışdıqları qeyd edilib.

“İranın diplomatik nümayəndələri Tehran rejiminin həbsxanalarında 1988-ci ilin yay qırğınını inkar etməklə, yalan məlumat yaymaq və beynəlxalq araşdırmalara qarşı çıxmaqla beynəlxalq cinayətlərin və digər ciddi insan haqlarının pozulmasının gizlədilməsində mühüm rol oynayıblar”-bəyanatda bildirilib.

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika Ofisinin direktor müavini Diana Əl-Tahavi deyib ki, İranın hakimiyyət orqanları 80-ci illərdə məhkəməsiz şəkildə qətlə yetirilən minlərlə siyasi rəqibin taleyini və dəfn yerini sistemli şəkildə gizlədirlər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …