Çərşənbə , Oktyabr 14 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı minlərlə siyasi fəalın qatilinin İrana qaytarılmasını pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İranda siyasi qətllərin iştirakçısının İsveçdə azadlığa buraxılmasını pisləyərək, deyib ki,“Həmid Nurinin azad edilməsi İran hakimiyyətini cəsarətləndirdi”.

Beynəlxalq Əfv Təşkilatı iyunun 18-də bəyanat yayaraq, İran və İsveç arasında məhbus mübadiləsi nəticəsində İsveçdə həbsdə olan keçmiş iranlı prokuror köməkçisi Həmid Nurinin azad edilməsini pisləyib.

Sözügedən təşkilat 1988-ci ildə minlərlə siyasi məhbusun edam olunmasında iştirak etdiyinə görə İsveçdə ömürlük həbs cəzasına məhkum edilən Qohərdəşt həbsxanasının keçmiş prokuror köməkçisi Həmid Nurinin azadlığa buraxılmasını şok adlandırıb.

“Həmid Nurinin iki isveçli məhbusla mübadiləsi İranda 1980-cı illərdə edam qurbanlarının yaxınlarına şokedici zərbədir. Ədalət və həqiqət axtarışında olanlar məhbus mübadiləsinin İranın hakimiyyət orqanlarına cinayətlərinin cəzasız qalması ilə bağlı göndərdiyi mesajdan dəhşətə gəliblər”, – deyə, bəyanatda qeyd edilib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …