Cümə , Sentyabr 18 2026
azfa

Beynəlxalq Fond: “İranda Azərbaycan türklərinə qarşı insan haqları kəskin şəkildə pozulub”

GADTB: “Iran Wire” saytı xəbər verir ki, “İnklüziv Cəmiyyət Fondu” 2024-cü ilin son üç ayında İranda yaşayan Azərbaycan türklərinin əsas hüquqlarının geniş şəkildə pozulduğunu açıqlayıb.

Bildirilib ki, həbslərin artması, fəallara və vətəndaşlara qarşı ağır məhkəmə hökmlərinin verilməsi, ölüm hökmlərinin icrası, məhbusların tibbi xidmətlərdən məhrum edilməsi, azərbaycanlı uşaqlara doğum haqqında şəhadətnamələrinin verilməməsi, İranda Azərbaycan türkləri ilə bağlı İslam Respublikası tərəfindən pozulan vətəndaş hüquqlarının nümunəsidir.

Hesabata əsasən, 2024-cü ilin son üç ayında ən azı 12 güneyli fəal həbs edilib və onlardan bəziləri zaminə buraxılıb. Onlardan əlavə ən azı 17 nəfər uzun müddətə azadlıqdan məhrum edilib və cərimələnib. Güneyli fəallar Azərbaycan dilinə və kimliyinə önəm verdikləri üçün göstərdikləri fəaliyyətə görə ittiham ediliblər.

Fondun məlumatına görə, həmin dövrdə 45 güneyli edam edilib. Onlardan beşi qadın olub. Ölüm hökmü həyata keçirilən şəxslərin ədalətli mühakimə hüququndan məhrum edildikləri vurğulanıb. Digərləri isə “narkotik qaçaqmalçılığı” və “qətl”də günahlandırılıblar.

İranda Azərbaycan türklərinin vətəndaşlıq hüquqlarının əsas pozuntusu kimi qeyd olunan digər iki hal azərbaycanlı uşaqlara tibbi xidmətin göstərilməsi və doğum haqqında şəhadətnamələrin verilməsinə qoyulan məhdudiyyətlərdir./ Azad İran

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …