
GADTB: Beynəlxalq Küçə Futbolu Federasiyası (ISFA) rəsmi səhifəsində “Asiya küçə futbolunun mərkəzi Təbriz” mətni ilə Təbriz Küçə İdmanları Festivalı futbol matçlarının videoçarxını paylaşıb.
Təbriz Küçə İdman Festivalı Şərqi Azərbaycan İctimai İdman İdarəsi, 2-ci Bölgə Bələdiyyəsinin Bədən Tərbiyəsi İdarəsi və Təbriz Bələdiyyəsi Klubu tərəfindən Təbrizin El Gölündə 3 nəfərlik və 5 nəfərlik küçə futbolu da daxil olmaqla 5 idman növü üzrə keçirilir.
Qeyd edək ki, Federasiya daha əvvəl Şəhriyar Kuboku və Təbriz İpək Kuboku küçə futbolu matçlarının xəbər və görüntülərini dərc etmişdi.