Bazar , Oktyabr 18 2026
azfa

Beynəlxalq Xalq Məhkəməsi: Noyabr etirazlarını yatırmaqda İran Livan və Suriya terrorçularından istifadə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Londonda 2019-cu il noyabr etirazları ilə bağlı beynəlxalq məhkəmənin son iclası keçirilib. Yüzlərlə şəxs məhkəmədə şahid qismində dindirilib.

Bildirilir ki, terrorçu Sepah-ın sabiq yüksək rütbəli zabitlərindən biri də onlayn şəkildə məhkəməyə qatılaraq noyabr etirazları ilə bağlı fikirlərini bölüşüb.

“Mən özüm könüllü olaraq 2019-cu ilin noyabr ayında qüvvələr, silahlar və verilən tapşırıqlar barədə məlumat vermək üçün Xalq Məhkəməsi ilə əlaqə saxlamaq istədim”, – deyə şahid deyib.

Onun bildirdiyinə görə, noyabr etirazları yeganə hal olub ki, polis qüvvələrindən kimə, harada və neçə dəfə atəş açılması ilə bağlı hesabat tələb olunmayıb.

O, habelə bildirib ki, polis qüvvələri xalqa qarşı başqa üsullardan da istifadə edə bilərdi, lakin əhaliyə atəş açmağı seçiblər.

O, sonda qeyd edib ki, noyabr etirazlarında İran qüvvələrini tamamlamaq üçün Livan və Suriya terrorçularından da istifadə olunub.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …