Şənbə , Oktyabr 24 2026
azfa

Beynəlxalqı Əfv Təşkilatı İran rejimini Əlirza Fərşini qeyd-şərtsiz azadlığa buraxmağa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalqı Əfv Təşkilatı İran rejimini Əlirza Fərşini gecikmədən azadlığa buraxmağa çağırdı.

Beynəlxalqı Əfv Təşkilatı Tehran zindanında saxlanılan ana dili uğrunda çalışdığı üçün İranın həbs etdiyi Əlirza Fərşinin sağlamlıq durumundan narahatlığını bildirib. Qurum İranın rəsmilərindən fəalı azadlığa buraxmağı tələb edib.

Beynəlxalqı Əfv Təşkilatının açıqlamasında deyilir: “Əlirza Fərşi ana dili uğrunda çalışmaları, həbs edilən fəallar haqqında onlayn məlumat yaymaq və başqa dinc çalışmalarına görə yersiz olaraq Tehran zindanında həbsdə saxlanılır. İran hökuməti onu gözündə yaranan problemlə qanında yüksək şəkərə görə tibbi yardımdan məhrum edib”.

Beynəlxalqı Əfv Təşkilatı İran Məhkəmə Qurumunun başçısı Qulamhüseyn Mohsini Ejeyiyə göndərdiyi bəyanatda Fərşini vicdan məhbusu adlandırıb və onun qeyd-şərtsiz azad edilməsini istəyib.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Ə.Fərşi həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …