Bazar ertəsi , Noyabr 16 2026
azfa

Bir qrup Azərbaycan fəalı həbsdən müvəqqəti azadlığa buraxılan Əli Vasiqi ilə görüşüb

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 8-də, cümə axşamı, 5 milyard tümən girov müqabilində Ərdəbil Mərkəzi Həbsxanasından yenicə azadlığa buraxılmış azərbaycanlı fəal Əli Vasiqinin evində onunla görüşərək söhbət edib.

Ərdəbildə keçirilən görüşdə Əli Vasiqinin vəziyyəti və Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan məhbusların şəraiti müzakirə olunub.

Əli Vasiqi oktyabrın 7-də, çərşənbə günü, 100 gündən artıq həbsdə saxlanıldıqdan sonra məhkəmə prosesinin sonunadək 5 milyard tümən girov qarşılığında azadlığa buraxılıb. Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlar “qanunsuz qrupa üzvlük” və “rejimə qarşı təbliğat”dır.

Vasiqi cari ilin iyulun 7-də Siamak Mirzəi və Əsgər Əkbərzadə ilə birlikdə həbs edilmişdi. Dərc olunmuş məlumatlara görə, təhlükəsizlik qüvvələri həbs zamanı onların mobil telefonlarını, noutbuklarını, kompüterlərini, eləcə də özlərinin və həyat yoldaşlarının bir sıra şəxsi əşyalarını müsadirə edib, fəalları isə Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparıblar.

Əsgər Əkbərzadə də bundan əvvəl sentyabrın 2-də 8 milyard tümən girov müqabilində azadlığa buraxılıb. Siamak Mirzəi isə hələ də Ərdəbil Mərkəzi Həbsxanasının 9-cu bölməsində saxlanılır.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …