Şənbə , Aprel 19 2025
azfa

Bir qrup azərbaycanlı fəal “Pezeşkiandan Araz çayının çirklənməsinin aradan qaldırılması məqsədilə təcili tədbir görülməsi üçün imzatoplama kampaniyasına başlayıb

GADTB: Bir qrup azərbaycanlı fəal “Pezeşkiandan Araz çayının çirklənməsinin aradan qaldırılması və şəffaf hesabat məqsədilə təcili tədbir görülməsi üçün imzatoplama kampaniyasına başlayıb.

Araz çayının ağır və təhlükəli vəziyyəti Azərbaycan millərinin ciddi narahatlığına səbəb olub.

Bununla bağlı Pezeşkiana ünvanlanan müraciətdə yazılıb: “Son illərdə hökumətlərin diplomatik və təhlükəsizlik maraqları naminə Araz çayının çirklənməsi ilə bağlı mühüm və həyati əhəmiyyət kəsb edən məsələ gizlin saxlanılmağa çalışılsa da artıq bu gedişat çayın ekosistemini və ətrafda yaşayan insanların sağlamlığını təhdid edir. Vətəndaşların qanuni hüquqlarını qorumağa and içmiş şəxslər kimi sizdən bu məsələyə şəffaf yanaşmağınızı, hesabatlı olmağınızı gözləyirik.”.

Bu onlayn kampaniyanı imzalayanlar çirklənmənin miqyası, çirklənmənin mənşəyi və səbəbkarları, aparılan monitorinq və araşdırmalar, çirklənmənin aradan qaldırılması üçün gələcək tədbirlər və Araz çayının statusu ilə bağlı aydın və şəffaf hesabatın dərc olunmasını tələb ediblər.

Kampaniya imza linki:

https://www.karzar.net/183811

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …