Bazar ertəsi , İyun 17 2024
azfa

Bir qrup azərbaycanlı fəal yenicə həbsdən çıxan azərbaycanlı siyasi məhbus Əkbər Nəimi ilə görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının Tehranda yaşayan bir qrup fəalı yenicə Evin zindanından azad edilmiş azərbaycanlı siyasi məhbus Əkbər Nəimi ilə görüşüb söhbət ediblər.

Görüşdə iştirak edən Tehranda yaşayan Şəbüstər şəhərinin Nadarlı (Nəzərlü) bölgəsinin azərbaycanlı fəalları cari məsələləri, o cümlədən Xoy şəhərinin zəlzələ qurbanlarının vəziyyətini müzakirə ediblər.

Əkbər Nəimi 19 aylıq həbs cəzasını çəkdikdən sonra bazar günü, fevralın 23-də Evin həbsxanasından azad edilib.

Qeyd edək ki, Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum etmişdi. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdə idi.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulmuşdu.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …