Şənbə , Aprel 20 2024
azfa

Bir qrup azərbaycanlı fəal yenicə həbsdən çıxan Əlirza Fərşi və Əkbər Nəimi ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevralın 14-də bir qrup azərbaycanlı fəal həbsdən yeni çıxmış azərbaycanlı siyasi məhbuslar Əkbər Nəimi və Əlirza Fərşi ilə görüşüblər.

Güney Azərbaycanın Xoy şəhərində Əkbər Nəiminin ata evində keçirilən görüşdə Güney Azərbaycandakı mədəni vəziyyət, Xoy zəlzələsinə yardım məsələləri və s. məsələlər müzakirə olunub.

Qeyd edək ki, fevralın 12-də Evin həbsxanasından sərbəst buraxılan Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib və “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq”da ittiham olunub.

Nəimi, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan” dərnəyinin qurucularından biri olub.

Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülmüşdü.

Əlirza Fərşi bundan öncə isə 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi. Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay həbs cəzası çıxarmışdı.

Azərbaycanlı siyasi məhbus həbsini çəkib və tibbi məzuniyyətindən istifadə edirdi. Lakin o həbsdə olarkən rejim azərbaycanlı fəalı şərləyərək ona yenidən iş açıb və həbs etmişdi.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …