Çərşənbə , Oktyabr 14 2026
azfa

BMT baş katibi etirazlarla bağlı İrana çağırış etdi

GADTB: BMT-nin baş katibi Antonio Quterreş İranda davam edən etirazlarla bağlı rəsmi müraciət edərək, hakimiyyət orqanlarını dinc etiraz hüququna hörmət etməyə çağırıb.

BMT Baş katibinin sözçüsü bildirib ki, Antonio Quterreş ölkədə baş verən etirazları narahatlıqla izləyir. Etirazlar zamanı bir neçə nəfərin həlak olması və yaralanması baş katib tərəfindən dərin təəssüf və kədər hissi ilə qarşılanıb.

Quterreş İslam Respublikası hakimiyyətini əsas insan hüquqlarına, xüsusilə ifadə azadlığına, birləşmək azadlığına və dinc toplaşmaq hüququna hörmət etməyə çağırıb. O, gərginliyin azaldılmasının və zorakılıqdan çəkinilməsinin vacibliyini vurğulayıb.

Həmçinin yoxlayın

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …