Bazar ertəsi , İyun 17 2024
azfa

BMT Çinin Şərqi Türküstanda bəşəriyyətə qarşı cinayət törətdiyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT eksperti Çinin uyğur türklərini kölə vəziyyətinə salaraq bəşəriyyətə qarşı cinayət törətdiyini etiraf edib.

BMT-nin köləlik üzrə ekspertinin bu həftədəki uyğurlarla bağlı reallığı açıqlaması rəsmi Pekinin qəzəbinə səbəb olub.

BMT-nin eksperti uyğurların və digər müsəlman azlığında olanların Çinin məcburi əmək işinə məruz qalması qənaətinə gəlib.  BMT-nin müasir köləliyin formaları üzrə nümayəndəsi  Tomoya Obokata  twitter hesabındakı paylaşımında belə deyib:  “Xüsusi məruzəçi Çinin Sincan-Uyğur bölgəsində  uyğur, qazax və digər etnik azlıqların  kənd təsərrüfatı və digər sahələrdə məcburi əməyə məruz qoyulması qənaətini ağlabatan hesab edir.

Qeyd edək ki, özünü müsəlmanların himayədarı kimi təqdim edən İran isə müsəlmanların qanlı düşmənləri, o cümlədən Çin və Ermənistanla strateji müttəfiqlik edir.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …