Şənbə , İyun 7 2025
azfa

BMT ekspertləri İranın həbs etdiyi azərbaycanlı alimin dərhal azad edilməsini istəyir

GADTB: BMT-nin bir qrup eksperti birgə bəyanat yayaraq, İrandan 2016-cı ildən bəri qanunsuz həbsdə olan güneyli İsveç vətəndaşı, həkim və tədqiqatçı Əhmədrza Cəlalini dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

Bəyanatda Cəlalinin sağlamlıq durumunun pisləşməsi, o cümlədən son vaxtlar infarkt keçirməsi ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, onun həbsdə qalması siyasi məhbusun həyatı üçün ciddi təhlükə yarada bilər.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

Həmçinin yoxlayın

Tramp İrana heç bir razılaşmada uranı zənginləşdirməyə icazəsi verilməyəcəyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp İrana heç bir razılaşmada uranı zənginləşdirməyə icazəsi …

Türk ölkəsi Qazaxıstan Britaniya ilə hərbi saziş imzaladı

GADTB: Qazaxıstan nümayəndə heyəti Londonda Böyük Britaniya ilə hərbi əməkdaşlığa başlamaqla bağlı saziş imzalayıb. Bu …