Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

BMT İranda kütləvi edamları pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı avqustun 7-də İranda 29 nəfərin edam edilməsini qorxulu və qəddar hərəkət adlandırıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk  bəyanat verib.

Cari ildə 345 nəfərin İran zindanlarında edam edildiyini deyən, Türk, onların ən azı yarısının narkotik maddələrlə bağlı cinayətlərdə günahlandırıldığını bildirib. O, bununla yanaşı edam edilənlərin 15-nin qadın məhkumlar olduqlarına diqqət çəkib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İranı mədəni dünyaya inteqrasiya olmağa və edam cəzasının ləğv edilməsi istiqamətində addım atmağa çaırıb.

Qeyd edək ki, molla rejimi hər il çox sayda insanı edam edir. Bu da haqlı olaraq insan haqları təşkilatları və dünya ictimaiyyətinin narazılığı ilə qarşılaşır.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …