Çərşənbə , Sentyabr 11 2024
azfa

BMT İrandakı edamlarla bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə ekspertləri bəyanat yayaraq, İranda edam sayının artması barədə xəbərdarlıq edib.

Ekspertlər Tehran hökumətindən bu cəza növünün icrasını dayandırmasını tələb ediblər.

Ekspertlər avqust ayında İran həbsxanalarında 81 məhkumun edam edildiyini və bunun iyul ayı ilə müqayisədə iki dəfə artdığına diqqət çəkiblər.

İranın da imzaladığı Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt ölüm hökmünün tətbiqini yalnız “ən ağır cinayətlər”ə, o cümlədən qəsdən adam öldürmə ilə məhdudlaşdırılmasını tələb edir.

Bununla yanaşı BMT ekspertləri xəbərdarlıq ediblər ki, edam edilən insanların məhkəmələri zamanı ədalətli mühakimə prosesinə əməl olunmayıb.

Qeyd edək ki, cari ildə İranda 400 məhbus edam edilib, onlardan 15-i qadındır. Edam edilənlərin əksəriyyəti narkotik maddələrlə bağlı cinayətlərdə günahlandırılıblar.

Həmçinin yoxlayın

Molla rejimi var gücü ilə Ermənistanı dəstəkləməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Zəngəzur dəhlizi bəhanəsi ilə var …

Ermənistan yenə Naxçıvanı atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan …