Bazar ertəsi , Sentyabr 21 2026
azfa

BMT İrandakı edamlarla bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə ekspertləri bəyanat yayaraq, İranda edam sayının artması barədə xəbərdarlıq edib.

Ekspertlər Tehran hökumətindən bu cəza növünün icrasını dayandırmasını tələb ediblər.

Ekspertlər avqust ayında İran həbsxanalarında 81 məhkumun edam edildiyini və bunun iyul ayı ilə müqayisədə iki dəfə artdığına diqqət çəkiblər.

İranın da imzaladığı Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt ölüm hökmünün tətbiqini yalnız “ən ağır cinayətlər”ə, o cümlədən qəsdən adam öldürmə ilə məhdudlaşdırılmasını tələb edir.

Bununla yanaşı BMT ekspertləri xəbərdarlıq ediblər ki, edam edilən insanların məhkəmələri zamanı ədalətli mühakimə prosesinə əməl olunmayıb.

Qeyd edək ki, cari ildə İranda 400 məhbus edam edilib, onlardan 15-i qadındır. Edam edilənlərin əksəriyyəti narkotik maddələrlə bağlı cinayətlərdə günahlandırılıblar.

Həmçinin yoxlayın

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …