Cümə axşamı , İyul 9 2026
azfa

BMT-nin xüsusi məruzəçisi: İranda dövlət tərəfindən insan haqlarının pozulması daha geniş miqyasda davam edir

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato dey ayı etirazları ilə bağlı üç ciddi insan hüquqları pozuntusu üzrə İran İslam Respublikası rəsmiləri ilə rəsmi yazışma apardığını açıqlayıb. O vurğulayıb ki, “dövlət səviyyəsində insan hüquqlarının pozulması təkcə dayanmayıb, daha geniş miqyasda davam edir”.

Sato bildirib ki, bu yazışmalarda ölüm cəzasına məhkum edilmiş türk azərbaycanlı siyasi məhbus Ehsan Fəridi və Zəhra Şahbaz Təbəri adlı iki saxlanılan şəxsin vəziyyəti də araşdırılıb.

O, məktublarında işgəncə, saxlanma zamanı ölüm, məhkəməsiz edamlar və məhbusların ailə üzvləri ilə əlaqədən məhrum edilməsi ilə bağlı məlumatlara yer verdiyini, həmçinin Qərçək, Qızılhisar, Şiban və Lakan kimi həbsxanaların şəraitinə diqqət çəkdiyini qeyd edib.

Məlumata görə, bu ilin Dey ayı etirazları hökumət qüvvələrinin genişmiqyaslı və qanlı repressiyaları ilə qarşılaşıb. Avropa Parlamenti yayımlanan hesabatlara istinadən bu repressiyalar zamanı azı 35 min nəfərin öldürüldüyünü bildirib. Daha əvvəl “Time” jurnalı da ölənlərin sayını 30 mindən çox olaraq açıqlamışdı.

Həmçinin yoxlayın

ABŞ İranda 90-a yaxın hərbi hədəfə zərbələr endirib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ölkənin silahlı qüvvələri İrana qarşı həyata keçirilən son …

Ərdəbildə azərbaycanlı fəal Rəhim Qulaminin evində axtarış aparılıb, şəxsi əşyaları müsadirə edilib

GADTB: Ərdəbildə SEPAH-ın Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı yazıçı, tədqiqatçı və mədəni fəal Rəhim Qulaminin evinə …