Bazar , Dekabr 10 2023
azfa

BMT və ÜST-dən Çin koronavirusu ilə bağlı dünya ictimaiyyətinə ciddi xəbərdarlıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT və  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) öldürücü Çin koronavirusu ilə bağlı dünya ictimaiyyətinə ciddi xəbərdarlıq etdi.

BMT Baş katibi Antonio Quterreş deyib ki, koronavirus pandemiyası bütün bəşəriyyəti təhdid edir.

 “Əgər ölkələr işbirliyi qurmasalar və tədbir görməsələr, milyonlarla insan həlak olacaq. Hazırda dünya koronavirusla mübarizədə çox asta hərəkət edir. Amma indi kimisə ittiham etməyin məqamı deyil. Qarşısını ala bilməsək, bu virus milyonlara insana yoluxacaq və onların həyatına son qoyacaq”, – Quterreş bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrə çağırış edib. ÜST bütün ölkələri koronavirusa qarşı hücuma keçməyə çağırırıq.

ÜST-ün açıqlamasında deyilir: “Daha əvvəllər pandemiyaların öhdəsindən gəldik, bu dəfə də bacaracağıq. Ölkələr misli görülməmiş tədbirlər görürlər. Amma təkcə bu tədbirləri görməklə virusu məhv etmək olmaz. Əgər virus zərərsizləşdirilməmiş məktəblər və iş yerləri açılsa, koronavirus yenidən güclənəcək”.

Həmçinin yoxlayın

Təbriz səmasında “Traxtur” bayrağı dalğalandı – Video

Şərqi Azərbaycanın iki yamac paraşütçüsü – Haşım Rəşidi və Rəsul Purabbas Güney Azərbaycanın məşhur futbol …

Güney Azərbaycanda milli tələblər və milli fəallara azadlıq tələbilə bağlı aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində milli tələblər və milli …

Bir cavab yazın