Bazar ertəsi , İyul 26 2021
azfa

Böyük Azərbaycan hökmdarı Hülakü xan

GADTB: “Elxani” adı, “Böyük Xaqanlıq” mənasını verir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və moğolların Böyük Xaqanına tabe idi. Türk hakimiyyət nərdivanında olduğu kimi bu ənənə həyata keçirilmişdi. “Elxani” sözünün digər izahı “ el-il” yəni “əyalət,vilayət” mənasını verir. Dövlətin çox böyük və sürətli ordusu vardı.

Azərbaycanı ələ keçirən Hülakü xan 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu ərəb sevər Səlcuqilər dövlətini də özünə tabe etdi.

Azərbaycan Elxanilər dövlətinin Başbuğu Hülakü Han tarixin ən böyük Türk Hökmdarlarındandır. Ərəblərin qorxulu röyasıdır. Bağdaddı alaraq ərəb xəlifəliyinə sərt zərbələr vurmuş , 200-450 min ərəbi öldürməsini deyirlər.

«Türkləri öldürmək vacibdir» deyən ərəb xəlifəsinin cəsədinin üstündən ordularının atları ilə keçmişdir. Kafirlikdə iblisə nümunə olan bir ərəb xəlifəsini atları ilə çığnadaraq öldürən Hülakü xan kafir, 120.000 Türk’ü qətl eden ərəbləri din qardaşı olaraq görmək nə böyük bir cahillikdir.

Hülakilər dövləti Azərbaycan, İran, Ermənistan, Gürcüstan, Kiçik Asiya (Qızıl Irmaq çayına qədər), Kürdüstan, İraqi-Ərəb, Əfqanistan və Türkmənistanın çox hissəsini və s. ərazini əhatə edirdi. Trapezunda imperatorluğu, Konya sultanlığı, Kilikiya, Kipr krallığı hülakülərin vassalı idilər. Onlara bac və köməkçi könüllü dəstələr verirdilər. Hülakülər dövləti Bizans imperiyasından da bac alırdı.

Maraqlıdır ki, keçid mövqeyi Azərbaycanı Hülakilər dövlətinin siyasi və inzibati mərkəzi etmişdir. Hülakünün dövründə mərkəzi igamətgah Marağa şəhəri idi.. Abaqanın (1265 – 1282) dövründə Təbriz mərkəzə çevrildi. Məhəmməd Xudabəndə Ocaytu (1304 – 1316) isə Sultaniyyəni paytaxt seçdi. Əbu Səid (1316 – 1335) paytaxtı yenidən Təbrizə köçürdü.

Böyük Şah Xətai Böyük Azərbaycanın xəritəsini Hülakü xanın cızdığı sərhədlər üzərində qurmuşdu və fars-osmanlı tarixçiləri bunu Şah İsmayıla qarşı bir mənfi fakt kimi işlətmişlər. Hülakü xan isə qurduğu bu dövlətin sərhədlərini Nizami Gəncəvidə kordinatları verilmiş Böyük Azərbaycan modeli üzərində qurmuşdu.

Xatırladaq ki, bu gün ermənilər daxil separatçı bəzi etniklər Azərbaycan adının olmadığını, güya sonradan meydana gəldiyini bir erməni həyasızlığı ilə söyləməkdədirlər. Amma Hülakü xan dövründə basdırılan pulla üzərində «Azərbaycan Elxanilər dövləti» yazıldığını unudurlar…

Fedai az Araşdırma Qrupu

Həmçinin yoxlayın

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli …

Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də …