Bazar ertəsi , Aprel 22 2024
azfa

“Bozdoğan-19” əməliyyatında terrorçulara məxsus mağara və sığınacaqlar dağıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada bildirib ki, “Bozdoğan-19” əməliyyatında terrorçulara məxsus mağara və sığınacaqlar dağıtdı.

Türkiyənin Şırnak, Diyarbəkir, Siirt və Hakkari rayonlarında keçirilən “Bozdoğan-19” əməliyyatları zamanı terrorçulara məxsus 22 mağara və sığınacaq məhv edilib. Ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada bildirib: “Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və Kəşfiyyat Departamenti ilə birgə əməkdaşlığı ilə Şırnak, Diyarbəkir, Siirt və Hakkaridə təşkil edilən əməliyyatlarda jandarma xüsusi əməliyyatları (JÖH), komando və mühafizəçilərdən ibarət 107 jandarma və ümumilikdə 1445 jandarma əməkdaşı iştirak edib.

Separatçı terror təşkilatı üzvlərinin mağaralarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə 4 rayonda təşkil edilən “Bozdoğan-19” əməliyyatlarında terrorçuların yerləşdiyi 22 mağara və sığınacaq dağıdılıb”.

Həmçinin yoxlayın

Molla rejimi yenidən Azərbaycana qarşı nifrət və qarayaxma kampaniyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi yenidən Azərbaycana qarşı nifrət və …

Azərbaycanlı fəal Səid Minayinin istintaq iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Evin Prokurorluğunun 5-ci istintaq şöbəsində azərbaycanlı fəal Səid …