Brenda Şafer: İran necə müsəlman ölkədir ki, 800 min şiəni evindən didərgin salan Ermənistanla dostluq edir?

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Orta Şərq Məsələləri Eksperti professor Brenda Şafer öz Twitter səhifəsində İranın fars rejiminin antiislam və qeyri-insani sifətini ifşa edərək yazıb:

“Əgər İran xarici siyasəti islama əsaslanırsa, necə 800 min şiə müsəlmanı öz evindən didərgin salan Ermənistanla dostluq münasibəti saxlayır?  Özü də o hadisə ki, yüz illər öncə yox, 30 il öncə baş vermişdir!!”

Qeyd edək ki, İran fars rejimi Quzey Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin ermənilər tərəfindən işğalında Rusiya kimi işğalçı Ermənistanı dəstəklədi. Molla rejimi həmçinin Çin kommunist rejimi ilə strateji müttəfiqlik edərək milyonlarla müsəlman uyğur türkünün qətliamına susur və hətta Çinə bu istiqamətdə dəstək verir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarov “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın