Cümə , Oktyabr 16 2026
azfa

Britaniya aviasiya sənayesinə tədarüklə bağlı İrana yeni sanksiya tətbiq edib

GADTB: Bu gün Britaniya hökuməti İrana qarşı strateji əhəmiyyət kəsb edən mal və texnologiyalara qarşı yeni sanksiyalar tətbiq edib. Bu sanksiyaların #dron və #raketlərin istehsalını və tədarükünü dayandırması və İran hökumətinin müdafiə sənayesinə təzyiqi artırması nəzərdə tutulur.

Britaniyanın yeni sanksiyalarına əsasən, bəzi avadanlıqların İrana ixracı, tədarükü və çatdırılması, eyni zamanda İranda istifadə edilməsi qadağandır.

Məlumata görə, avadanlıqlar arasında daxili yanma mühərrikləri və turboreaktivlər, gecəgörmə və termal görüntü kameraları, elektron vasitələr, lazer sistemləri, məlumat ötürmə avadanlıqları və kompüter sistemləri var.

Qeyd olunub ki, sanksiyaların əsas məqsədi İranın avadanlıqlar vasitəsilə #nüvə, raket və ya digər fəaliyyətlətlərdə istifadə oluna biləcək müəyyən #texnologiyalara çıxışını məhdudlaşdırmaqdır. /Azad İran

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …