Britaniya: “Lazım gələrsə, İrana qarşı tətik mexanizmini işə salacayıq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım gələrsə, Britaniya Tehrana qarşı BMT sanksiyalarını aktivləşdirəcək.

Dünən Britaniyanın BMT-dəki daimi nümayəndəsi Ceyms Karyuki Təhlükəsizlik Şurasının iclasında İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım gələrsə, ölkəsinin Tehrana qarşı BMT sanksiyalarını aktivləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan bütün diplomatik addımları atacağımızı, o cümlədən, lazım gələrsə, sanksiyaların geri qaytarılması mexanizmindən istifadə edəcəyimizi açıq şəkildə bildirdik”, – deyə, Ceyms Karyuki vurğulayıb.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı iclas Şuraya üzv olan 15 ölkədən altısının, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Yunanıstan və Panamanın tələbi ilə keçirilib.

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının qapalı iclasını “təxribatçı və əsassız” adlandırıb.

İrvani Əli Xaməneinin mövqeini bir daha təkrar edib və deyib: “Tehran təzyiq altında danışıqlar aparmayacaq, təhdidlərə boyun əyməyəcək və heç bir diktə qəbul etməyəcək”.

Qərb ölkələri hesab edir ki, heç bir mülki proqram üçün uranı bu qədər yüksək səviyyədə zənginləşdirməyə ehtiyac yoxdur və bu səviyyədə zənginləşdirilmiş uran nüvə bombası yaratmağa hesablanıb.

Bununla belə, rəsmi Tehran İran hökumətinin nüvə proqramının tamamilə dinc xarakter daşıdığını iddia edir.

Həmçinin yoxlayın

Türkiyə və ABŞ ”F-35” məsələsini müzakirə ediblər

GADTB: Hakan Fidan və Marko Rubio Türkiyənin F-35 proqramına yenidən qoşulması və CAATSA sanksiyalarının ləğvini …

Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn …