Çərşənbə , Sentyabr 11 2024
azfa

Britaniya terror təşkilatı SEPAH-a qarşı sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Böyük Britaniya terror təşkilatı SEPAH-a qarşı yeni sanksiyalar tətbiq edib.

Bu istiqamətdə Böyük Britaniya İranın bir qurumuna və 3 fiziki şəxsə sanksiya tətbiq edib.

Bildirilib ki, Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin 700-cü bölməsinə və İran hökumətinin düşmənçilik fəaliyyətində iştirak edən üç iranlı şəxsə qarşı sanksiyalar tətbiq edib.

Qüds qüvvələrinin yüksək rütbəli bölmə komandiri Behnam Şəhriyari, İranın kosmik agentliyinin keçmiş rəhbəri və SEPAH Qüds qüvvələrinin bölmə komandiri Həmid Fazeli və SEPAH generalı Əbdülfəttah Ənvazian sanksiya tətbiq olunan şəxslər arasında yer alırlar.

Sanksiyalara əsasən onların Britaniyaya səyahət etmələrinə qadağa qoyulur və maliyyə aktivləri dondurulur.

Həmçinin yoxlayın

Molla rejimi var gücü ilə Ermənistanı dəstəkləməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Zəngəzur dəhlizi bəhanəsi ilə var …

Ermənistan yenə Naxçıvanı atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan …